Yeni

Ən yaxşılar

Collection Books

PILGRIM EDUCATION nəşriyyatı öyrədici İT texnologiyaları bazarında liderdir.

Prioritet istiqamət – xarici dil qismində ingilis dilinin öyrənilməsidir. Biz hesab edirik ki, ingilis dili kütləvi mədəniyyətin qarşılıqlı təsiri, zənginləşdirilməsi və inkişafı məqsədilə multikulturalizm prinsiplərinin aşılanmasında ən mühüm vasitədir.

Bizim missiyamız – dərs materialının mənimsənilməsinin yeni səmərəli üsullarının müəllimlər, şagirdlər və valideynlər arasında tanıdılmasıdır. Nəşriyyatın bütün layihələri dilin öyrənilməsinə dair mövcud dövlət proqramlarına uyğun şəkildə hazırlanır.

Bizim nəşrlərimiz kitab, vebsayt və elektron mobil tətbiqdən ibarət olan multimedia dərslik dəstlərinin tərkib hissəsidir. Biz bütün dünyada milyonlarla uşağa ev şəraitində ödənişsiz alternativ təlim və tədris imkanı veririk. Tədris vasitəsi - ölçüsünə görə optimal olan dərs vahidləri ilə birlikdə seçilmiş videoməzmuna baxılmasıdır.

Sosial məsuliyyət nəşriyyatın fəaliyyətinin prioritetidir. Nəşriyyat mövcud olduğu ölkələrdə həmin ölkələrin Təhsil Nazirliklərinin razılığı ilə və onlarla qarşılıqlı əlaqə şəraitində “Bərabər imkanlar” layihəsini icra edir. Layihənin məğzi xüsusi təhsil tələbləri olan, ev şəraitində fərdi təhsil alan uşaqların, onlara videodərslər sisteminə giriş imkanı verən ən yeni İT texnologiyalarının köməyilə hazırlanmış və mümkün olanbmüasir dərs ədəbiyyatı ilə ödənişsiz olaraq təmin edilməsindən ibarətdir.